Son 10 ilin elmi-praktik araşdırmalarə əsasında
Vitamin D (Vit D) məsələsi bütün dünyada, elimi-tibbi
tədqiqatçılar və praktik həkimlər, həmçinin mövzu üzrə
ekspertlər arasında konsesnsusa gəlinə bilinməyən tibbi
probblemdir. Vit D ilə əlaqəli təkcə Google aramasında
yarım milyarddan çox məlumat, PubMed-de (ABŞ Milli
Kitabxanasının bio-tibbi elmi veritabanı) 120 000
resenziyadan keçmiş elmi məqalə görünür. Bu qədər çox
çalışmalara baxmayaraq hələ də aydın olmayan, mübahisəli məqamlar çoxdur, hətta
onun adı və aidiyatı belə mübahisəlidir. Çünki, o, vitamin qrupuna aid edilsə də, əslində
vitamin deyil, ona görə ki, o vitaminlərdən fərqli plaraq orqanizmdə sintez ola bilir.
Digər yandan, əvvəllər, onun yalnız Ca və fosfat mübadiləsini tənzimləyərək sümük
toxuması və dişlərin şağlam inkişafını təmin etdiyi düşünülürdüsə, son tədqiqatlara görə
çox aktiv bir hormon funksiyası yerinə yetirərək beyin, ürək də daxil 40-dan çox orqanda
yerləşən Vit D reseptorları (mVDR) vasitəsi ilə və 2500-dən çox genə təsir edərək
orqanizmin çoxsaylı vacib funksiyalarını tənzimləyir. Bu səbəbdən də onun insan
sağlamlığında, xəstəliklərin yaranması və müalicəsində oynadığı rol sanıldığından çox
vacib və əvəz ediməzdir, eyni zamanda anlaşılması da o qədər çətindir. Maraqlısı da
budur ki, bu qədər dəyərli bir dərman təbiət tərəfindən insana verilmiş böyük nemətdir.
Sadəcə onu dərindən öyrənib düzgün tətbiq edilməsi lazımdır. Müxtəlif, çox həcmli lokal
və qlobal tədqiqatlar və metanalizlərlə (ümumiləşdirmələrlə) müəyyən edilmişdir ki,
bütün dünyada yaşlıların 60 %-ndə Vit D defisiti mövcuddur. Bir qədər
konkretləşdirsək ölkələr üzərə bu rəqəm Rumıniya və Иранda 80, Çində 75, Tütkiyə və
Пакистанda 73, ABŞ və Mərkəzi Avropada 60, İngiltərədə 66 faizdir. Azərbaycanda
obyektiv dəqiq bilgi əldə etmək mümükün deyil, ancaq mənim rast gəldiyim bütün
analizlərdə səviyyə aşağı olub.
Bu cür defisitin səbəbləri çoxdur, onlardan ən başlıcası isə insanoğlunun günəşdən
düzgün yararlanmamasıdır. Günəşin orqanizmə faydalı təsiri yaşayış yeri, günün vaxtı,
şüaların meyillilik dərəcəsi, ətraf mühit (bulud, çən, tozlu hava və s.), açıq havada olma
müddəti, siqaret çəkmək, köklük, geyim, yaş, cins, dərinin rəngi və qalınlığı, genetik
xüsusiyyətlər, istifadə edilən 15 faktordan çox qoruyucu krem kimi amillərdən asılıdır.
Bunlara əlavə olaraq düzğün qidalanmamaq, bəzi xəstəliklər, qəbul edilən dərmanlar
digər təbii yollla Vit D almamıza mane olur.
Son zamanlar müəyyənləşdirilışdir ki, Vit D defisitinin başqa bir səbəbi də genlərdə
mutasiya və ətraf mühitin (infeksiya, həyat tərzi, mikroelement disbalansı) təsirlərindən
Vit D rezistentliyinin (VDRez- VDRES) yaranmasıdır.
Beləliklə, bu çoxsaylı səbəbləri dərindən öyrənib mənimsəyə bilsək, bizdən asılı olanları
aradan qaldırmaqla Vit D defisitini azaldar, sağlamlığımıza böyük fayda verə bilərik.
Məni bu məqaləni yazmağa məcbur edən əlimçatan mənbə və xüsusən internetdə Vit D
ilə əlaqəli bilgilərin çox qarmaqarışıq və ziddiyətli, xüsusən də azərbaycan türkcəsindəki
məlumatın çox zaman tamamilə səhv olması olmuşdur. Bu məqsədlə uzun müddətdə 300
də çox mənbədən istifadə edərək ən son, elmi sübutluluq dərəcəsi yüksək, daha praktik
və sərfəli bilgiləri maraqlananlara çatdırmaq istədim.
Vit D haqqında elmi məlumat. O, yağda həll olan vitamin
qrupuna aid edilən, müxtəlif forma və aktivlikdə
maddələr toplusudur. Bunlardan önə çıxanlar: bitki
mənşəli Vit D2-erqokalsiferol, heyvan mənşəli Vit D3
xolekalsiferol, qan analizində təyin edilən Kalsidiol
25(OH)D, orqanizmdə aktiv forması Kalsitriol
1,25(OH)D. Vit D-ni 90 % günəşin dəriyə təsirindən
(ona “günəş vitamini” də deyilir), qalan və ya çatmayan
hissəni onunla zəngin qidalardan, kimyəvi yolla alınan
qidaya əlavələrdən alınır. Günəşin dalğa uzunluğu 280
320 нм UF-B şüalarının təsiri ilə dərinin bazal qatındakı
keratinosit
və
fibroblastlardan
provitamin
7
дегидрохолестеринdən qeyri fermentativ yolla labil рrevitamin D3 yaranır. Bu
previtamin şüanın intensivliyi və istilikdən asılı olaraq qeyri stabil lyumisterol və
taxisterinə çevrilə bilən ara formadır. Bu labillik ana təbiətin tərəzisidir ki, Vit D qanda
ani artaraq hipervitaminoz yaranmasını önləyir. Epidermada yaranan endogen Vit D3
qana qarışır. Digər yandan qida və ya əlavə ilə bağırsağa gələn və oradan silomikron
şəklində limfa ile venaya keçən D3 və D2 ilə birlikdə albuminə qoşularaq qara ciyərdə
25 hidroksilaz enzimi təsiri ile kalsidiola [25(OH)D] çevrilir. Kalsidiol isə böyrəklərdə 1
alfa hidroksilaz enzimi təsiri ile aktiv sekosteroid yəni kalsitriola [1,25(OH)2D] çevrilir.
Bu çevrilmədə PTH (paratireoid hormon) stimuləedici, Ca ləngidici rol oynar. Vit D
qrupun ən vacib və aktiv üzvü kalsitriolun təsiri 2 fərqli, qenom və qeyri-qenom yolla
olur. Qenom yol fenotipimizdəki qenlərin 3 %-nin цитозоль reseptorlarına (Vit D
receptor- VDR) və qeyri-qenom isə müxtəlif hüceyrələrin membran reseptorlarına
(mVDR) bağlanaraq onları aktivləşdirir.
Yəni, кальцитриол beyin, ürək, dəri, sümük daxil 40-dan çox orqanda olan Vit D
reseptorlarına bağlanaraq genlərimizin vacib funksiyalar yerinə yetirən zülallar sintez
etməsinə səbəb olur, qeyri-genom yolla isə hüceyrə membranındakı ion kanallarını
açmaqla hüceyrə daxili kinazları (fermentləri) aktivləşdirərək bir
sürü tənzimləyici
reaksiyalar kaskadını başladır. Anlaşılması asan olsun deyə fizioloji və klinik effektləri
iki qrupda təsvir edilir: «классик» olaraq həzm sistemində (əsasən nazik bağırsaqda)
Ca və fosfor абсорбsiyasını artırmaq, böyrəklərdə Ca itkisini azaltmaqla Ca və P
hemostazını tənzimləyir, sümük və dişlərin möhkəmliyini artırır, insulin dirəncini
və parathormon azaldır və s. «Klassik olmayan» effektləri isə, böyrəklərdə renin
ekspressiyasını tormozlayır, immun və şiş hüceyrələrininin ekspressiyasını tənzimləyir,
ürəkdə hipertrofiyanı zəiflədir, neyropsixoloji davamlılığı artırır, plasenta, sümük iliyi,
prostat, uşaqlıq və s. orqanların müxtəlif patologiyalarına qarşı müqavimətini artırır.
Kаlsitriol aktiv maddə kimi nə qədər informativ olsa da, onun qanda miqdarının
kalsidioldan min dəfə az oması, qan dövranında qısa müddətdə qalması və təyininin çətin
olması səbəbiiylə adətən analizdə kalsidiolun (25(OH)D səviyyəsi məyyən edilir. Qeyd
etmək lazımdır ki, Vit D-nin qanda miqdarının təyini həssas analiz olduğundan dəqiq
təyin olması çətindir (hələ hələ bizim laboratoriyalar), ən dəqiq analizlərin yanlışlıq payı
25-35 %-dir. Digər yandan kalsidiolun səviyyəsi ilə də orqanizmdə Vit D-nin mürəkkəb
və hələ tam araşdırıla bilinməyən proseslər arasında korealasiya (əlaqə) dəqiq bilinmir.
Həm də Vit D analizi bahalıdır. Bu səbəblərdən ciddi ehtiyac olmazsa, yəni ciddi tibbi
göstəriş olmasa analiz edilməsi rasional deyil.
Vit D-ni günəşdən almamız çox sərfəlidir. Ancaq, yuxarıda sadalanan səbəbləri nəzərə
almaq çox vacibdir. 38-42° şimal en dairəsində yaşayan gənc və orta yaşlı biri, həftədə 2
3 defə el, üz ve qolları açık olaraq 5-15-dəq güneşdə qalsa təxminən 1000 BV Vit D
qazanmış olar ki, bu da ehtiyacı qarşılar; bu şərtlərdə bədənin 50 % günəşlənərsə 3000
BV Vit D almış olar. Əgər günəşin minimal eritama (yəni 24 saat ərzində dəridə qızartı
yaradan) dozasına məruz qalınarsa 10-20 min BV endogen Vit D sintez ounar. 70 üstü
yaşlıların dərisi 30 yaş altı olanlara göre 4-5 dəfə az Vit D yaradar. Azərbaycanda rast
gəldiyim müxtəlif həkimlər (xüsusən TV-lərdə çıxış edən) və veb saytlarında (məs.:
saglamaile.az, remedi.az və s.) Vit D alınması üçün günəşdən yararlanma saatları yanlış
tövsiyə edirlər. Belə ki, VitD-ni sintez edən dalğa uzunluğu 280–320 нм UF-B şüasıdır
və maksimium təsiri günəş zenitdə, yəni şüanın dik düşdüyü zamanda olar. Müəlliflərin
idda etdiyi kimi, səhər və günortadan sonra dalğa uzunluğu 320–400 нм UF-A şüaları
daha təsirli olur və melaninin yaratması hüsabına dərinin qaralması (solyaridə oldiğu
kimi) çox olsa da Vit D çox əmələ gəlmir.
Vit D təmininin ikinci yolu onunla zəngin qidalar qəbul etməkdir. Ekzogen Vit D heyvan
mənşəli холекальциферол (Vit D3) və bitki mənşəli эргокальциферол (Vit D2) olur.
Vit D3 daha çox yağlı balıqlar (qızılbalıq, treska, sardina, scumbriya, tonbalığı və s.),
yumurta sarısı, kürü, süd, pendir, kərə və maye yağlar, ət, mal q/c, qatıqda olur. Vit D2
şitaki və ağ təbii göbələk (istixana şampinonları deyil), cəfəri, gicitkan, yonca, yulaf, şirin
katofda olur ki, bu da UF-B-nin təsiri ilə yaranır.
Vit D çatmazlığını aradan qaldırmanın digər yolu kimyəvi yolla əldə edilən Vit D3 və D2
qida əlavələridir. Vit D 3 qoyun yunundan alınan lanolin, D 2 isə bitkilərdən əldə edilən
sterollardan süni yolla sinrez edilir. Vit D3 daha təsirli və yaxşı mənimsəniləndir. Onun
piyasada 10 000, 20 000, 50 000 və 100 000 BV dozalarında damcı, tablet, kapsul, sprey,
iynə formaları var. 1 BV Vit D3=0,025 mкг, yəni 1 mкг-da 40 BV, 1 мг 40000 BV; 1 мл
də isə 15000 BV Vit D3 olur. Qanda ölçü vahidi (yəni kalsidiolun-(25(OH)D miqdarı)
nq/ml-dir (1nq/ml=2,5nmol/l). Bilmək lazımdır ki, qidaya əlavələr, dərman hesab
olunmadığından keyfiyyətinə nəzarət yüksək səviyyədə deyil, ona görə alanda çox
diqqətli olmaq lazımdır. İşbazlar bu cür vəziyyətlərdən məharətlə istifadə edə bilirlər.
Hər beş metrdən bir aptekin olması heç də təsadüf deyil. Alarkən, etiket məlumatlarını
yoxlayın, məhsulun qablaşdırılması və keyfiyyətinə diqqət edin, bunları təsdiqləyən
GMP sertifikatına (Good Manufacturing Practice-Etibarlı İstehsalat Təcrübəsi) və ya
üçüncü tərəf laboratoriya testlərinə malik olmasına fikir verin. Etibarlı və tanınmış
brendlərin məhsullarını və tanıyıb güvəndiyiniz aptekdən alın.
Son zamanlar Vit D defisitini önləmək və qəbulunu asanlaşdırmaq məqsədi ilə süd,
portağal şirəsi və taxıl kimi bəzi qidalar D vitamini ilə zənginləşdirilir. Bir TV kanalında
bir professor “portağal şirəsi Vit D ilə zəngindir” dedi, ancaq portağal sirəsinə Vit D
əlavə edilərsə olar, yoğsa portağalda Vit D yoxdur.
Bəzi müəlliflər ərəfindən Vit D ilə kəskin zəhərlənmənin olması yazılsa da sübutluluq
dərəcəsi çox aşağıdır. Belə ki, uyğun şərtlərdə günəş təsirindən yaranan 20 000 BV belə
zəhərlənmə əlamətləri göstərmir. Digər yandan ABD-də aparılan bir araşdırmada 26000
yaşlıya 5 ildən çox müddətə 2000 BV verilmiş ancaq toksiklik aşkar edilməmiş. Ancaq,
hiperkalsemiya, hiperkalsiuriya və PTH azlığı zamanı kontrolsuz qəbul edilən Vit D
zərər verə bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, Vit D çöx və mürəkkəb funksiyalar daşıdığından minlərcə
elmi-təcrübi araşdırmalar aparılmasına baxmayaraq hələ də aydın olmayan tərəfləri
çoxdur, mübahisə və fikir ayrılıqları davam edir.
Məsələn, həyatını Vit D-yə həsr etmiş, ödüllər almış, dünyada “Vit D
doktoru” kimi şöhrət qazanmış Boston Universiteti professoru M. Holik
(Michael F. Holick)-in çoxsayylı kitab və məqalələlərindəki tövsiyələr,
Dünya Endokrin Cəmiyyəti və Dünya Vit D Elmi Komitəsinin böyük
həcmli
elmi
tədqiqatlara
əsaslanaraq
təqdim
etdikləri
rekomendasiyalarda bir çox məsələ də fərqlilik var. Bunları nəzərə alaraq,
mən çalışdım ki, mübahisəli məsələləri deyil, konsensusa gəlinmiş, elmi
sübutluluq dərəcəsi yüksək, daha praktik və sərfəli bilgiləri sizlərlə bölüşüm. - Bütün dünyada çox rastlanan Vit D defisiti, metabolik pozğunlurlar artırmaq, sümük
sağlamlığı və immuniteti zəiflətmək kimi bir çox təsirləri ilə insan sağlamlığını pozan
ciddi tibbi problemdir. - Körpələr, hamilələr, yaşlılar, köklər, siqaret çəkənlər, остеопороз, hipoparatireoz,
MBSX (malabsorbsiyon), prediabet əlamətləri olanalar, metabolizmə təsir edən dərman
(kortikosteroid, xloramfenikol, antikonvulsiv, furosemid) alanlar əlavə Vit D qəbul
etməlidirlər. -Vit D ilə təmin olunmanın ən sağlam, effektli və rasional yolları günəşdən yararlanmaq
və Vit D ilə zəngin qidalar qəbul etməkdir. - Gidaya əlavənin ayda bir yüksək dozlarala qəbulundansa, uyğun dozanın günlük, bəzi
hallarda həftəlik qəbulu daha məqsədəuyğundur. -Ümumi şəkildə Vit D aşağıdakı kimi qəbul olunması daha rasionaldır: Körpələr (0-12
ay) 400-600 BV, uşaqlar (1-18 yaş) 600-1000 BV, böyüklər (19-70 yaş) 600-800 BV,
yaşlılar (70-dən yuxarı) 800-1000 BV, hamilə və əmizdirən qadınlar 600-800 BV. -Vacib tibbi göstəriş olmasa qanda Vit D analiz edilməsi rasional deyil.
05.2025.