Yadıma bir əhvalat düşdü. Bir kəndə evdə xəstəni nüayinə etməyə getmişdim. Xəstənin anası, mənim əvvəllər müalicə etdiyim və mənim xatirimi çox istəyən yaşlı qadınla görüşüb hal əhval tutduqdan sonar, xəstənin böyük qardaşı zarafatla dedi: - Ana sən bilirsən ki, doxdurun, köhnə müxalifətçidir? Arvadı sanki ilan vurdu, mənə dönüb içdən gələn bir səmimiyyətlə: - Bala, başaa dönüm, nə olursan ol, muxalivət olma. Mənim də xatirini istədiyim bu xalanın istəyi içimi sızlatdı (yəni, məndə stres yaratdı). Tarixən şahı tənqid etmək, amirin sözünün qarşısında söz deyə bilənlər xalq tərəfindən təqdir olunmuş və hətta qəhrəman səviyyəsinə qaldırılmışdır. Ancaq, bu gün beləlıərinə pis gözlə baxılır, alçaldılır, lağ hədəfinə çevrilir. Gərəkənin tam tərsinə məddah və yaltaqlar, qabiliyyətindən, gördüyü və ya görə biləcəyi işin dəyər və qiymətindən asılı olmayaraq mədəniyyət, tibb və elm xadimələri (!) nüfuz sahibi olurlar. Bugün hakimiyyətə yaxın ziyalılarımızın arasında Zəlimxan Yaqub, Rəfail Hüseynov kimi qabiliyyətli və istedadlı olanları çoxdur. Ama, hamı kimi, onlar özləri də bilirlər ki, bu gün əldə etdikləri, qabuliyyət və bacarıqlarının hesabına deyil, etdikləri məddahlığın sayəsindədir. Mən Flora xanımın da, İlhamə xanımın da özlərinə məxsus istedadları olduğunu qəbul edirəm. Onıarın xalq arasında öz pərəstikarları var. Onlara dəyər bax bu aspektə verilməlidir. Ancaq, Flora xanıma qarşı bu haqsızlıq hem də onu sevənlərə qarşıdır. Ama, hakimiyyət gücünə dayanaraq bunu heç vecinə almır, tam tərsinə “Qurdlar Vadisi”ndəki Kirvə düşmənlərinin bütün ətrafını yox
etməyə çalışdığı kimi hakimiyyət də müxalifətin kökünü qazmaq istəyir. Ancaq, filmdə olduğu kimi indiyə qədər çox şey etsə də, bunu axıra qədər edə bilməyəcək. Çünki, hakimiyyət fərqində olmadan demokratik inkişaf missiyayasına daban dabana zidd olan bir missiyanı, yəni öz arzusuna uyğun müxalifət yaratmaq missiyasını həyata keçirmək istəyir. Təbii və tarixi olaraq bütün hakimiyyətlərə çox (bizdə bütün də demək olar) səlahiyyətlər verilsə də ozünə müxalifət seçmək səlahiyyəti verilməyib. Əksi demokratiyanın təbiətinə zidd olardı, mahiyyətini dəyişərdi. Ancaq hakimiyyət əlindəki bütün (və ya demək olar ki, bütün) imkanlardan istifadə edərək müxalifəti çox zəiflətmişdir. Bu isə əslində çox təhlükəlidir. Birincisi, ona görə ki, dövlətin inkişafında stimulverici qüvvə olan müxalifətin hədsiz zəifliyi, yəni vəzifəsinin öhdəsindən gələ bilməməsi milli inkişafı çox ləngidir (bu onu edənlərin umrundamı, bilmirəm), uzaq vadidə isə daha ciddi fəsadlar törədə bilər. Bu hakimiyyət tərəfindən fərqində olmadan oturduğu budağı kəsmək kimi bir şeydir. Dahası və ən qorxulusu, ümumilikdə cəmiyyətin, konkret halda isə demokratiyanın inkişaf qanunlarına uyğun olaraq, olmayan və ya çox zəif olan müxalifətin yerini çox mürəkkəb proseslərin cərəyan etdiyi dövrümüzdə cəmiyyəti ağır fəsadlara sürükləyən missiyalar (məsələn, radikal islamçılıq kimi) tuta bilər. Hamı, hətta hakimiyyətdəkilər də bilməlidirlər ki, bu heç arzu olunan deyil.
Digər neqativ hal odur ki, inkişafın stimulverici qüvvəsi olan tənqid əvəzinə təirif, bütləşdirmə, yaltaqlıq və məddahlıq türk mənəvi dəyərlərini deqradasiyasına, yanlış yönə istiqamətlənməsinə münbit şərait yaradır. Xüsusən gələcəyimiz olan gənclərimiz arasında bu tendensiya acınacaqlı haldadır və çayır kimi yayılır. Nax. Dövl. Universitetinin bir son kurs tələbəsi Naxçıvanda artıq ənənə halı qazanmış iməciliklə əlaqəli Nax. TV-də çıxışında dedi ki, mən həftənin 5 günü darıxıram, yata bilmirəm ki, şənbə günü tez gəlsin iməciliyə gedim. Bunun ağ yalan olduğunu, hamı (yəni, aldığı məvacibini nəzərə alsaq onsuz da “həmişə iməcilikdə olan” həkim də, müəllim də) bilir, ama, hamı da qəbul edir. İşin ən acınacaqlı tərəfi odur ki, xalqın əksəriyyəti bu yalanları, haqsızlıqları ya dəstəkləyir (içindən gəlməsə belə TV ekranına iməciliyi öyüb bitirəməyən bir neçə adamla görüşmüşəm, ekrana dediklərinin tam tətsini demişlər), ya da yaxşı halda biganə qalırlar. Tibbi araşdırmalar təsdiqləmişdir ki, insanı ən çox həyəcanlandıran hətta qorxudan hadisələr təkrarlandıqca təsirini azaldır, hətta o adam üçün adiləşir. Bu psixi qanunauyğunluğa əsaslanaraq “üstünə getmə metodu” adlanan müalicə metodu da müvəffəqiyyətlə tətbiq ediməkdədir. Yəni, birinin yanında bir neçə dəfə baş kəsilərsə, bu dəhşətli hadisə o adam üçün adiləşər. Bu gün Cavid ruhuna xəyanət kimi görünən ikiüzlülük, riyakarlıq, yaltaqlıq adi həyat tərzinə çevrilir. Kərbəla müsibəti haqqı qoruduğu üçün uzun illərdir qəlblərdə yaşadılır, böyük etiramla mərasimər keçirilir. İnsanın həyatının mənalarından biri və əsası haqqı nahaqdan ayırmaq, haqqı müdafiə etməkdir, sonunda haqqa çatmaqdır. Bu günkü şəraitdə haqqı müdafiə bir yana dursun xalqın haqlını haqsızdan ayırma imkanı əlindən alınmış, rasional seçmə qabiliyyəti kortaldılmışdır. Bütün bunlar isə seçkilərdə udmanın qeyri məqbul olan onlarla yolundan biri (daha çox perspektivə hesablanmışı) kimi görünür. Nəticəsi isə göz qabağındadır.
Dünyanın heç bir yerində hakimiyyətlə müxalifət arasındakı münüsibət bizdəki kimi barışmaz, düşmənçilik səviyyəsində deyil. Heç düşündünüzmü ki, niyə bizdə müxalifət bu qədər radikaldır? Məncə, bunun səbəbləri çoxdur. Başlıcası hakimiyyət bütün imkanları əlində cəmləşdirərərək oyun qaydalarını (demokratiya qaydaları kimi başa düşməli) kobud şəkildə pozur və bunun tərsini isbatlamaya çalışır (və buna lazımi dərəcədə nail olmuşdur). Sanki, hamının gözünün qarşısında 6-8 ayliq hamilə olduğu halda, bakirəyəm deyir. Bu azmış kimi, tərəf müqavilini də haqsız çıxarır, lağ hədəfinə çevirir, həbs edir, işgəncələrə məruz qoyur. Görünən bu ki, məqsədi də, müxalifəti dişsiz, ələbaxan hala gətirmək, alınmasa, yox etməkdir. Bunları da bütün xalqın (o cümlədən müxalifətin) sərvətini mənimsəyərək əldə etdiyi yöntəmlərlə (güc strukturları, TV, məhkəmələr və s.) həyata keçirir. Bu vəziyyət qarşı tərəfdəkini ya sındırar, ya da radikallaşdırar.
Əvvəllər eşitdiym bir hekayəni xatırladım. Kasıb bir kişinin 3 oğlu varmış. Adətlərinə görə arvadı xörəyin hamısını kişinin qabağına qoyar, o da uşaqlara bölərmiş. Bir gün ət yeməyi yeyərkən kişinin dişi yaxşı kəsmədiyindən sümüyklərin üstündən yumşaq ətdən qopara bildiyini qoparıb qalanını növbə ilə oğlanlarına verir. Necə olursa kişi ortancıl oğlana verəcəyi növbəti sümüyü kiçiyə verir. Sonra, təkrar növbə ortancıla çatan da kiçik oğlan sırtıqcasına: “İndi atam bu sumuyü də dişləyib mənə verəcək” deyir. Hirsindən yerində qıvrılan ortancı: “Həə, atam ayrı şeyi də (tərbiyəsiz ifadə işlədərək) dişləyib sənə verəcək” deyir. İşə qarışan ana kişinin səhv etdiyini, kiçiyin haqlı, ama, çox kobudluq etdiyini izah edərək işi yoluna qoyur. Məncə, bu ibrətamiz hekayə timsalında atanın da səhvi, uşağın da tərbiyəsizliyii başa düşüləndi. Ama, əsas isə haqqın pozulmasının qarşısının alınmasıdır ki, bunu ədalətli məhkəmə rolunu oynayan ana yerinə yetirə bilir. Bu misalda ata hakimiyyətə, kiçik oğlan müxalifətə ana isə xalqa bənzəyir. Burdan üç nəticə çxarmaq olar. Birincisi, haqqın pozulduğu yerdə onun bərpası uğrunda mübarizə başlar. İkincisi, haqqını qorumağa gücü catmayan imkansız və gücsüz radikallaşar. Üçüncüsü, haqqın bərpası üçün üçüncü qüvvə lazımdır. Çünki, yuxarıdakı misalda izah etdiyimiz ağıl vicdan münasibətlərindən də göründüyü kimi, ağıl özünə faydalı tərəfi görər, onu müdafiə edər. Bütün həyatım boyu kimsənin asan asan günahını boynuna aldığını görmədim. Oğrunu oğurluq etdiyi zaman belə yaxalasan, sənə çoxlu səbəb (uşağım acından ölür, çox ehtiyacım var kimi) deyərək özünü müdafiə edəcək. Əslində bu beynin özünüqoruma neyrofizioloji mexanizmlərindən biridir. Deməli, cəmiyyətdə prosesləri ədalətli həll məcrasına yönəltmək üçün əsas rolu ədalətli məhkəmə olmaqla xalq (əksəriyyət kimi nəzərdə tuturam) olmalıdır. Bax elə burada “qəribi ağlamaq tutur”. Çünki, xalq nəyə qadirsə, elə iqtidari da, müxalifəti də, məhkəməsi də ona qadirdir. Yəni bütün bunlar xalqın inkişaf göstəricisidir. Bizim şəraitdə əsas işi (yəni haqqı bərpa etmə işini) ən ağrılı bəlamız olan, perspektivdə də hələ düzəlməsi asan görünməyən məhkəmələrimiz olmalıdır.
Deməli, cəmiyyətimizin bütövlükcə çox ağır xəstəliklərə düçar olduğu ortada. Bu xəstəliklərdən biri də, tarixlər boyu sürən irsi xəstəliyimiz “bölmə və bölünmə” xəstəliyidir. Milləti rayon və regionlara, dini qrup və sektalara bölərək, həmişə özümüz olan qurupu təriflər, qarşı tərəfi acımasızcasına tənqid (tənqid olsa yaxşıdır, təhqir) atəşinə tutarıq. Bu münasibət müxalifət və hakimiyyətə münüsibətdə özünü göstərir. Ama, bu tənqid və təhqirləri edərkən, heç düşünmərik ki, onlar da bizim parçamızdır. Biz parçalar birləşəndə tam olacaq, onda bir şeyə yarayacaq, hər şeyimizi (torpağımızı, namusumuzu) belə zəbt etmiş bir ovuc erməninin layiq olduğu cavabı bütün parametrlərdə verəcək, ümumtürk və beynəlxalq töhmətdən yaxa qurtaracağıq. Məncə, bu bəlaların çarəsini yenə xalq özü tapmalıdır. Xalq deyərkən mən bir qurup ziyalının bir araya gəlib, bu bəlaların həllini göstərəcək bir konsepsiya hazırlamalı və onun ətrafında birləşib uzun bir mücadiləyə başlamalıdır. Bu günkü mənzərə məni ümidsizliyə sevq etsə də, Cavidlər, Nəsimilər, Rəsulzadələr yetişdirən azərbaycan türkünun genlərini daşıyan gənclərimiz bu missiyanı yerinə yetirmək məcburiyyətindədirlər.