2003-2004-cü illərdə Nax. MR-də bel OXZ-nin sinir fəsadlarının cərrahi müalicəsinin retrospektiv analizi
Bel ağrıları dünyanın hər yerində, bütün millətlərdə rast gəlir, əhali arasında sıxlığı 60-90%-dir və tez-tez residivlər verir (1, 6, 9). Bizim də təcrübəmizdə ən cox rast gəlinən şikayətdir. Əsasən, əhalinin əmək qabiliyyətli hissəsi xəstələndiyindən cəmiyyətin iqtisadi vəziyyətinə də mənfi təsir edir. Təkcə ABŞ-da bel ağrıları ilə xəstələnmə hallarında 1989-cı ildə 11,4 milyard, 1990-cu ildə isə 23 milyard $ xərclənmişdir (4, 5). Göründüyü kimi bel ağrıları sosial və tibbi problem kimi aktual olaraq qalmaqdadır. Bel ağrısının 90-a qədər səbəbi vardır. Onlardan daha geniş yayılan və getdikcə artan bel osteoxondrozudur (OXZ), ABŞ və Avropada spondilyoz adlandırılır. OXZ fəqərəarası disklərdən başlayıb bütün onurğanı tutan distrofik-degenerativ xəstəlikdir. Fəqərəarası disk iki qonşu fəqərənin alt və üst cisminə birləşmiş hüdudi səhifələr, yanlardan bir neçə qat fibroz həlqə ilə əhatələnmiş elastik pulpoz nüvədən ibarətdir. Gərginlik (məs., ağırlıq qaldıranda) zamanı nüvə fəqərə cisimlərindən qanın maye hissəsini özünə çəkərək sıxılmış yay və ya aktiv amortizator kimi onurğaya düşən zərbələrin təsirini yumşaldır.
18-25 yaşlarında böyümə başa çattığından diskə gələn
damarlar bağlanır, disqin qidalanması yalnız osmos və diffuziya hesabına olur.
Digər tərəfdən bədənin baş və qollar kimi geniş amplitudlu hərəkətə malik olan
hissəsi son bel fəqərələri ilə dar bir sahədə omaya oturur. Bədənin 2/3
ağırlığını daşıyan son 2-3 bel və birinci oma fəqərəarası disklər hər hansı hərəkət
və iş zamanı daha çox gücə düşür, buna görə ən çox zədələnən onlar olur (2 ,6,
10). Hamıda olan bu ümumi amillərə irsi meyillik, onurğanın anadan gəlmə
qüsurları, müxtəlif travmalar (əsasən uyğun olmayan vəziyyətdə ağırlıq
qaldırma, müxtəlif səhv hərəkətlərlə beli gücə salmaq və s.), soyuqlamalar,
revmatizma, brusellyoz, bəzi endokrin xəstəliklər, köklük, hipokineziya, hamiləlik,
idmanı buraxmaq və s. qoşulursa OXZ inkişaf edir. Son tədqiqatlar xəstəliyin
biokimyasında yeniliklər aşkar etmişdir. Yuxarıda göstərdiyimiz səbəblərin biri
və ya bir neçəsinin birgə təsirindən fibroz həlqə və nüvənin zədələnməsi nəticəsində
phospholipas A2 enzymi və neyrotoksik maddə olan qlutamat əmələ gəlir və ətraf
toxumalara diffuz edərək substansiya P, histamin, leykotreinlərin yaranmasına səbəb
olur. Bunlar da öz növbəsində işemiya yaradır, monosit ve polimorfonukleyar
hüceyrələri artıraraq patologiyanı dərinləşdirirlər (6). Beləliklə, patoloji zəncirvari
dairə yaranır, disqin elastikliyi, fibroz həlqənin müqaviməti azalır, fəqərəarası
məsəfə daralır, üzərinə düşən təzyiqdən disq bombeləşir, yəni o dairəvi
qabararaq kənarlara pırtır. Proses irəlilədikcə fibroz həlqənin müxtəlif
qatlarında çatlar yaranır. Təzyiq artanda sərtləşmiş nüvə bu çatlardan bayıra
çıxaraq protruziya (hissəvi qabarma), fibroz həlqənin bütün qatları cırılar və
nüvə bayıra çıxarsa ekstruziya (yırtıq) əmələ gəlir. Fəqərələrin arxasında,
onurğa kanalının ön divarında olan arxa boylama bağ da zədələnərsə və nüvə möhtəviyyatı
disqdən qopub onurğa kanalına düşərsə bu sekvestr ya da fraqment adlanır (1,6).
Disqin elastikiliyinin azalması fəqərəarası məsafənin daralmasına, bu da öz
növbəsində fəqərəarası oynaqlara düşən təzyiqin artmasına və onların zədələnməsinə
səbəb olur. Digər tərəfdən yırtıq ətraf toxumaları sıxaraq OXZ-nin kliniki əlamətlərinin
yaranması və dərinləşməsinə səbəb olan patoloji proseslər inkişaf edir: fəgərəarasi
dəlik və onurğa kanalı daralır, epidural toxuma ve kökcüklər ödemləşir,
epidural venalar genislənir, onurğa beyni, sinir və damarlar zədələnir, sarı
bağ hipertrofiyalaşır, osteofitlər, fəgərə yarım cıxıgları, araxnoidit və s.
inkişaf edir (2, 8). OXZ-nin inkişafında sinir fəsadlarının ortaya cıxması ilə
xəstənin əsas narahatlıqları başlayır. Təcrübə göstərir ki, xəstələr əsəasən bu
vaxt müalicəyə müraciət edirlər. Məhz bu zaman həkimin düzgün taktika seçməsi
vacibdir, əks halda müalicə müddəti uzanır, xəstəlik xronikləşir, cərrahi əməliyyat
olanların və əlilliyin sayı artır. Bu vəziyyəti MR-də araşdırmaq qərarına gəldik.
Bu məqsədlə Nax. MR Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə
Nazirliyi Respublika TSEK-nin, Nax. RX-nin umumi və
1. Nax. MR üzrə
stasionar xəstələri arasında sinir xəstəlikləri ilə müalicə olanların cayı
2003-cü ildə 511 nəfər, 2004-də 1316 nəfər olub, yəni sinir xəstələrinin xüsusi
çəkisi 3%-dən 6,7%-ə qalxıb. Nax. RX-nin sinir xəstəlikləri şöbəsində bu rəqəmlər
müvafiq olaraq 326 (10,5%) və 494 (13%) olmuşdur. Nax. RX
2. Bizim ehtimalımıza görə sinir xəstəlikləri arasında
bel ağrılarının o cümlədən də bel OXZ-nin çox böyük yeri olduğu üçün yuxarıdakı
parametrlər üzrə artım ona da aid olmalıdır. Araşdırmalarımız bunu təsdiq etdi.
Belə ki, Nax. RX-nin sinir xəstəlikləri şöbəsindəki stasionar xəstələrin
arasında OXZ ilə olanlar 2003-də 109 nəfər (umumi xəstəxana üzrə stasionar xəstələrin
3,5%-i) olduğu halda, 2004-də 161 (müvafiq olaraq 4%) olmuşdur. Nax. RX
3. OXZ-yə görə əməliyyat olanların və bu münasibətlə əlil
olanların sayı 2003-cü illə müqayisədə 2004-də artıb: Nax. RX-nin Sinir Xəstəlikləri
şöbəsində yatan OXZ-li xəstələrin 2003-cü ildə 6 nəfəri (bütün OXZ-li xəstələrin
5,5%-i), 2004-də 12 nəfər (müvafiq olaraq 11,6%) cərrahi əməliyyat olmuşdur.
2004-cü ildə RX-nın Neyrocərrahiyə şöbəsindən TSEK-ə təkrar əliillik üçün göndərilən
18 xəstədən 13-ü cərrahi əməliyyatdan sonrakı xəstələr olub. MR-də OXZ-yə görə
cərrahi əməliyyatdan sonra ilkin əlillik 2003-də 14 nəfər, yəni OXZ ilə ilkin əlillərin
50%-i, 2004-də isə 16 (53%) olmuşdur.
2002-2004-cü illərdə Nax. RX-da OXZ ilə 358 xəstə
(ümumi xəstələrimin 19,6%-i) müşahidə etmişəm. Onların 48 nəfəri 25 yaşa qədər,
195-i 26-45 yaş arası, 115-i isə 46 yaşdan yuxarı olmuşdur. Qadınlar 211, kişilər
147 nəfər. Xəstələrin 147-si bir, 119-u 2, 60-ı 3, 23-ü 4, 9-u 5 dəfə müayinəyə
gəlmişlər. Lumbaqo diaqnozu ilə 45, oturaq sinirlərin nevriti (siatik) ilə 222,
femoritlə 10, lumbalgiya ilə 55, onurğa kanalı və ya fəqərəarası dəliyin
stenozu ilə 26 nəfər olmuşdur. Konstitusional tip, temperament, peşə, xəstəliyin
xarakteri və simptomları nəzərə alınaraq müalicə təyin edilmişdir. Mümkün qədər
qısa (ağir fiziki işlə məşğul olanlara 5-7, olmayanlara 3-5 gün) ayağa
qalxmamaqla sərt yataqda yatmaq, yerli isti ya da soyuq, məlhəm, QSİƏD,
miyoreleksant, kortikosteroid, vitaminlər məsləhət görülmüş, manual terapiya,
akupunktur, neyrostimulyasiya (TENS) tətbiq edilmişdir. Kəskin ağrılar azalınca
uzanmış vəziyyətdə xüsusi mualicə bədən tərbiyəsi təyin edilmişdir. Ayağa
durmazdan əvvəl bizim təklif etdiyimiz korset tətbiq edilmişdir. Əsasən klinik
müşahidə aparılmış, elmi iş məqsədi daşımadığı üçün nəticələr konkret deyil,
ümumi şəkildə dəyərləndirilmişdir: təkrar müayinəyə gələn lumbaqo ilə 45 nəfərdən
16-sı tam sağalmış, 2-si yaxşılaşmışdır, 156 oturaq sinirinin nevrit və
femoriti olan xəstənin 149-u sağalmış ya da yaxşılaşmışdır. Lumbalgiya və
stenoz ilə 81 xəstədən 27-sində yaxşılaşma olmuş, 11-ində dəyişiklik olmamış.
12 nəfərə Bakı və İran İR-də
OXZ
ilə xəstələrin cərrahi əməliyyata çox cəlb olunması və əməliyyatdan sonra
çoxunun əlil olması faktı da düşündürücüdür. Bu problem beynəlxalq tibb aləmində
çoxdan diqqəti özünə çəkmişdirr. Məsələn, 9-12 noyabr 1998-ci ildə Rotterdamda
bu məsələ ilə əlaqədar keçirilən beynəlxalq konfransda aydınlaşdırıldı ki,
xronik bel ağrılarınin 21%-ini beldə cərrahi əməliyyatlardan sonra yaranan
ağrılar (Failed Back Surgery Syndrome-FBSS) təşkil edir və əhali üçün ciddi
problemdir (7). Buna səbəb cərrahi əməliyyatdan sonra epidural fibroz,
araxnoidit, kauzalgiya, residiv, tapılmayan sekvestr, epidurit, diskit,
stabilliynin pozulması, stenoz, arteriya zədələnməsi, əzələlərdə distrofik
proseslərdir (7). İnsanların 90%-ində bel ağrısı olur, amma, onlardan 5-10%-i
xronikləşir və bunların da bir hissəsi 3 ay ərzində konservativ tədbirlər hətta
spontan olaraq keçir (7). Konqresdə əməliyyat üçün xəstələrin seçilməsində
ciddi yanlışlıqlar olduğu hamı tərəfindən qəbul edilmişdir. Ona görə bir çox
aparıcı klinikalar cərrahi əməliyata göstərişlərin sayının azaldılmasını təklif
edir, yeni və az radikal metodlar tətbiq ediməsinə çalışırlar. Bunlar bizdə də
nəzərə alınmalıdır.
OXZ-nin fəsadlarının
artmasında bu gün MR-də fəaliyyət göstərən çox saylı “bel çəkənənlərin”-də rolu
var. Bu insanların kor koranə, ən başlıcası, heç bir məsuliyyət daşımadan insan
sağlıği ilə oynamağı, ən azından, doğru deyil. Əslində onların arasında
doğrudan da bel çəkmə ilə əlaqəli müəyyən qabiliyyəti və təcrübəsi olanlar var.
Qədimdən bu günə qədər bütün xalqlarda “bel çəkmə” (müasir elmdə isə manual
terapiya) ilə məşğul olanlar olub və var. Məsələn, ABŞ-da onlar “osteopat”,
İnqiltərədə “şiropraktor” adlanır. Ancaq, onlar xüsusi məktəblərdə hazırlanır,
diplom alır və mibb müəssisələrində, lazım gəldikdə həkim nəzarəti altında işləyir,
vergi ödəyirlər. Biz də bunları düşünməyin vaxtı çatıb.
Qaynaqlar: 1.
Oğuz H., Romatizmal ağrılar, 1992, Konya, Türkiye, seh. 174-183.
2.
Editör Oğuz H., Tibbi Rehablitasyon, 1995, Türkiye, seh. 346-352.
3.
Rene Cailliet M. D., Bel ağrısı sendromları, 3. baskı, 1994, Türkiye (tərcümə).
4. Gerard A., Lumbosacral Radiculopathy, June 28 2004,
(http://www.emedicine.com/).
5. Rajeev K. P., Lumbar Degenerative Disc Disease,
Oct. 2004, (http://www.emedicine.com/PMR/htm).
6. Robert E. W., Lumbosacral Disc Injuries, Sept.
2004, (http://www.emedicine.com/SPORTS/topic66.htm).
7.
МЕЖДУНАРОДНЫЙ КОНГРЕСС, ПОСВЯЩЕННЫЙ ЛЕЧЕНИЮ ХРОНИЧЕСКОГО БОЛЕВОГО СИНДРОМА
ПОСЛЕ ОПЕРАЦИЙ НА ПОЯСНИЧНОМ ОТДЕЛЕ ПОЗВОНОЧНИКА "PAIN MANAGEMENT
'98", (FAILED BACK SURGERY SYNDROME), М. С. Гельфенбейн, 2000, Московский
НИИ скорой помощи им. Н. В. Склифосовского.
8.
Большая Мед. Энциклопедия, АМН СССР, 3-е изд., 1981, Москва, том 17, стр.
413-417.
9.
Влагодатский М.,Диагностика и лечение дискогенного пояснично-kрeстцового рaдикулита,
Иркутск,1987.