Ən faydalı tərəvəz-brokoli


     Brokoli ilə əlaqədar son 16 ildə təkcə PubMed və Scopusda 4000-dən çox elmi məqalə dərc olunub. Araşdırdığım çox saylı, yüksək lisenziyalı elmi tədqiqatlarlara əsasən gəldiyim nəticə budur ki, ən faydalı tərəvəz məhz brokolidir. Brokoli, az kalorili (100qr/34 kkal), təkibində vitaminlər (C- günlük tələbatın %91-i, K günlük tələbatın 77 %'i, B qrupu, A , E, folat), minerallar (Ca, Ph, Fe, Mg, Ka, Na), karotin, lutein, faydalı lif, karbohidratlar, zülal, yağlar, omeqa 3 və 6, kempferol, zeaksantin, ən önəmlisi isə çox faydalı olan glukozinolat (glükorafanin) var.

Glükorafanin enzimatik proseslərdən sonra bioaktiv izotiosianat sulforafana çevrilir. Sulforafan, bütün toxumalarda (hüceyrə daxili və ətrafında, nüvə və beyində) çox mürəkkəb Faza I və II fermentativ sistemlərə təsir edir. O, bir mitohormetik kimi mitoxondriyalarda oksigen radikallarını az miqdarda artıraraq yüngül stress yaradır (“öldürməyən gücləndirər” prinsipi) ki, bu da mitoxondrial biogenezi və antioksidant cavabı stimullaşdırır. Digər yandan Nrf2 (zülal transkripsiya faktoru) DNT üzərində oksidativ stresə qarşı müdafiəni idarə edən xüsusi bölgəyə bağlanaraq antioksidant və detoksikasiya genlərinin transkripsiyasını başladır, yəni genetik müdafiə proqramını işə salır, O2 radikallarna qarşı antioksidant fermentləri (superoksid dismutaz, katalaza-hidrogen peroksidi hidrogen və suya parçalayır, glutatyon peroksidaza, heme oksigenaz və s.) və detoksikasiya zülallarının yaranmasını stimullaşdırır. Nəticədə, hüceyrənin oksidativ stressə qarşı balansı qorunur, toksinləri neytrallaşdırılır, xərçəng, neyrodegenerativ, iltihabi, ürək-damar və metabolik xəstəliklərlə mübarizə edilir. Sulforafan əlavə olaraq, cerebro-ensefal baryeri asanlıqla keçərək metilglioksalin beyni zədələməsinin qarşısını alır, kaspaz-3-ün aktivliyini lənbgidərək iflicə qarşı qoruyur, BDNF-ni (Beyin neyrotrofik faktor- neyronların inkişafı və onlar arasında əlaqələr yaradan zülal) və neyronlarda glutationu (B12 vitamininin aktivləşməsində vacib olan maddə) səviyəsini artırır, ümumilikdə qocalmanı ləngidir. Ürəyin işemiyasında kardiyomiositlərin apoptozunu azaldır, infarktın sağamasını sürətləndirir, miokard funksiyasını yaxşılaşdırır. Mədədə Helicobacter pyloriyi məhv edir, bağırsaqlarda iltihabı azaldır ve öd turşularının ifrazını artıraraq geri sorulmasına imkan vermir, beləliklə qanda zərərli xolesterini azaldır. B12, A, C ve E vitaminlerinin geri dönüşümü və aktivliklərini yaxşılaşdırır.       Ancaq, çox ama çox vacib şərt brokolinin necə istifadə edilməsidir. Xüsusən, azərbaycan dilindəki mənbələrdə çox yanlışlıqlar var. Brokoli 10 dəq qaynatıldıqda, qızartıldıqda, 1-2 dəq mikrodalğada bişirildikdə, tərkibindəki qlükorafanini sulfofarana çevirən ferment mirozinaza 60-70°C-də denaturasiya olmağa başlayır və 70°C-nin üstündə tamamilə təsirsiz olur. Digər yandan mirozinazanın rəqibi epixüsusi zülal aktiv olur, əlavə olaraq qlükorafanin suda həll olur, beləliklə brokolinin faydası olmur, həmçinin vit C və K azalır. Brokolinin optimal tükətmə yolu: təzə tərəvəzi xırda doğrayıb 40-60 dəq gözlədikdən sonra 3-4 dəq buharda xaşlamaq. Bu zamanı hüceyrələrin daxilidəki qlükorafan bayıra çıxır, onu sulforafana çevirən mirozinaza fermenti aktivləşir, mirozinazanın rəqibi epixüsusi zülal inaktivləşir və sulforafan maksimum ə/g. Sonra brokkolinin üzərinə mirozinaza ilə zəngin olan ağ toz xardal və ya turp əlavə etmək, yeyərkən mümükün qədər çox çeynəmək lazımdır