Baş barmaq-ovuc testi həyat qurtarır
Anevrizma, damar divarının nazikləməsi ilə əlaqədar
şişməsidir. Xüsusən gənclərdə anadangəlmə qüsurla əlaqəli olur və fəsadlaşması
95% ölümlə nəticələnir. Ancaq, erkən diaqnoz və xəstənin həkim müşahidəsinə
alınması bir çox vaxtsız ölümlərin qarşısını ala bilir.
Yale
Unversiteti əməkdaşlarının Amerika Kardioloji jurnalında dərc etdirdikləri bir
elmi məqaləyə görə aorta anevrizması hər il on min amerikalının ölümünə səbəb
olur və bu bəlanın qarşısını almaq üçün baş barmaq-ovuc testi vacib əhəmiyyət kəsb
edir. Bu test 305 açıq ürək əməliyyatı keçirmiş xəstədə əvvəlcədən tətbiq
edilmiş, xəstələrin çoxun-da müsbət olduğu müəyyənləşdirilmişdir.
est çox
sadə olduğundan hər kəs tərəfindən asanlıqla edilə bilər: ovuc içi üzünə tərəf
qolunu yuxarı qaldır, baş bamağı bükərək ovcun kənarına uzat, barmaq ovucdan kənara
çıxırsa, test müsbərtdir, yəni gizli anevrizma şübhəsi var. Ancaq, vurğulamaq
vacibdir ki, test müsbət olması pasientdə anevrizma var anlamına gəlməz. Bu sadəcə
iləri təhlilər üçün bir ehtimaldır. Digər yandan anevrizma diaqnozu təsdiq
olunsa belə, onun fəsadları çox vaxt onilliklər çəkər. Yəni müsbət test
panikaya səbəb olmamalıdır. Sadəcə bir kardioloq və ya damar cərrahına müraciət
etməli, gərəkirsə angioqrafiya, MRT və
ya DUSM yapılmalıdırar.