+994503578952 drzeynili@gmail.com

Valeologiya

   

İnsanın həyatı, özünəbənzərlərı, ətrafı, özünü dərk və təqdim etmənin mistik, dini, fəlsəfi, elmi, tarixi, bədii, təsviri, texniki, etnokultural, ənənəvi, pedoqoji və s. yolları göstərilir. Bu formaların inkişafı arlarındakı mübarizə ilə olur, zaman və şəraitdən asılı olaraq biri digərini üstələsə də yox edə bilmir, tam tərsinə daha da təkmilləşir. Məsələn, şərqdə meditasiya, yoq, akupunktura, tənəffüs praktikaları kimi sahələr elmin inkişafı sayəsində okkultizm, misticizm və ezoterizmdən arındırılaraq sağlamlığının qorunmasına yönəldilmişdir. Bu gün Valeologiya da bunlara bənzər öz yerini tapmağa çalışır. Onun haqqında fikirlər çox müxtəlifdir və tam formalaşmamışdır. Qərbdə (Amerika və Avropada) yüksək səviyyəli dərgilər, elmi ədəbiyyat və ensiklopedik lüğətlərdə adı belə keçmir. Rusiya, Ukrayna, Belarusiya, Özbəkistanda, Azərbaycanda yanaşmalar fərqlidir. Rusiya və Belarusiyada tibbi yönü, Ukraynada idman, Azərbaycanda pedoqoji yönü ön plandadır.

Psevdoelmi axınlarda Valeologiyaya “sağlamlığın ümumi nəzəriyyəsini” təyin etmək iddiası ilə insanın fiziki, əxlaqi və mənəvi sağlamlığına holistik (bütüncül) yanaşdıqlarını desələr də insanoğlunun əxlaqi və xüsusən də mənəvi tərəflərini şişirdərək daha çox mistik-dini don geydirirlər.

Bəzi tibb mütəxəssisləri Valeologiyanı "alternativ və marjinal paramedikal hərəkat" kimi qəbul edirlər.

Bir qrup Valeologiyanı fərdi sağlamlığın  formalaşması, saxlanması, möhkəmləndirilməsi və onun idarə edilməsi haqqında elm kimi təqdim edir.

Bir qrup Valeologiyanı modern tibb və gigiyena kimi səhiyə xidmətinin bir hissəsi kimi qəbul etməyi təklif edir.

Bir qrup Valeologiyanı diaqnoz önü (həkimə qədərki) yəni "praktiki olaraq sağlam" olanları müxtəlif funksional vəziyyətlərdə (“üçüncü vəziyyət”) tibbi monitorinqi və xəstələnmə riskinə qarşı hazırlanmış metodlar toplusu kimi qəbul edir.

Digər yandan elm və  fəlsəfəsi sahəsində ekspertlər hesab edirlər ki, bu gün insanın özü və onun sağlamlığının mahiyyəti haqqında ümimi qəbul edilmiş elmi-fəlsəfi fikir birliyi olmadığı üçün sağlamlıqla əlaqəli bütüncül, konseptual vahid nəzəriyyə qurmaq, yeni ideya və dəyərlər sistemi yaratmaq və nəhayət, özünü idarə edəbilən insan yaratmaq iddiaları mənasızdır. Ona görə də valeoloqların modern tibbdən əsaslı şəkildə fərqlənən bir yeni sahənin təqdim istəyi Valeologitanı qeyri-elmi, dini və təbabətə alternativ hala gətirilməsinə səbəb olur. 

Bütün bunlara rağmən Valeologiyanın yaranması və inkişafı zamanın tələbidir və vacib səbəbləri mövcuddur. Hər şeydən əvvəl, modern tibb nə qədər inkişaf etsə də, konkret sahələrdə böyük nailiyyətlər qazansa da əhalinin tələbatını tam təmin edə bilmir, çox bahalı olduğundan ümumi əlçatanlığı  mümkün deyil. ÜDST məlumatına görə bütün dünyada həmçinin inkişaf etmiş ölkələrdə xəstəliklər və əlillik getdikcə artır. Çox saylı kimyəvi preparatlarla müalicə müxtəlif səsbəblərdən hətta təhlükəyə çevrilmişdir. İstifadə olunan dərmanların fəsadları artır, onlara qarşı allegiya və alışqanlıqlar yaranır. Həm də təmərküzləşmiş dev kimya-farmakoloji kompaniyaları həddən çox yəni ÜDST ekspertlərinin rəyinə görə 200 dərman əvəzinə 10000 firma markalarını reklam, təbliğ və təşviq edərək insanların sağlığı bahasına varlanırlar. 

Elm və texnologiyanın sürətli inkişafı sayəsində çox dar sahədə ixtisaslaşmış bir həkimin (məs., diabeto-neyro oftalmoloq) xəstəni bütüncül dəyərləndirə bilməsi çətinləşir.

Digər yandan əhalinin sanitar mariflənməsi qənaətbəxş deyil. Nəticədə, insanların həkimlərə etibarı azalır, tarixboyu müqəddəs sayılan həkimlik peşəsi ən çox tənqid olunan sahələrdən birinə çevrilib. Bu səbəblərdən insanlar müxtəlif axtarışlara əl atırlar. Sosial medyada informasiya əlçatanlığı çox asanlaşdığı və diz boyu bilgi kirliliyi geniş yayıldığı üçün elmi və təcrübi sübutu olmayan müxtəlif metodlar geniş təbliğ və tətbiq olunur. Hətta diplomlu həkimlər belə fitioterapiya, hacamat, hemoterapiya, zəli qoyma və s. kimi elmi tibbin tam qəbul eləmədikləri, ən yaxşı halda yardımçı metod kimi önərilə bilən alternativ yöntəmləri modern tibbə tərcih edirlər. Bu səbəblərdən xüsusən sosial şəbəkələrdə sürətlə artan, özünü valeoloq adlandıranlar onun əsl mahiyyətinin fərqində olmada yanlış təqdim edirlər.

Son illər əhalinin, xüsusən də gənclərin ətraf mühit, sosial, iqtisadi, siyasi, mədəni və digər amillərin təsirinin artması ilə əlaqədar olaraq sağlamlığına daha çox diqqət etməsi müşahidə olunur. Müasir insanın sağllamlığına bütüncül baxışa böyük ehtiyac var.

Araşdırmalar sübut etmişdir ki, sağlamlıq 50% birbaşa insanın həyat tərzi ilə bağlıdır və onun yaxşılaşması üçün çox iş görülməli, çox təbliğat və təşviqat aparılmalıdır.

Dövrümüzgə fəlakətli şəkildə böyüyən qlobal geosiyasi və ekoloji böhran, bazar münasibətlərinin hökmranlıği sayəsində maddi varlığın ictimai və mənəvi dəyərlərin çox üstünə çıxması, az qala hər şeyin alqı satqı obyekti olması, korrupsiyalaşma, ədalət və hüquqsuzluğun hökm sürməsi, içsizlik və kasıbçılığın artdığı, epidemiya, müharibələr təsirindən sosial-psixoloji vəziyyəti bərbad vəziyyətdə olan insanı mənəvi-psixoloji təsir metodlaını inkar edərək tək tibbi yöntəmlərlə rifah halına qovuşdurmaq mümükün deyil.  Müasir modaya və təbliğata uyaraq öz instiktiv həzzini, rahatlığını, çox da dərin anlamı olmayan arzularını milli mentalitetimizdə ailə müəssisəsinin müqəddəsliyindən, ailənin cəmiyyətdə önəmli rolundan, onun ictimai və bioloji təkamüldə missiyasından üstün tutanların  hesabına evlənmələr azalır, boşanmalar artır, millət çoraqlaşır. Mənəvi-psixoloji statusun sağlamlıq üzərində həlledici təsiri ilə əlaqəli tarixdə dahi rus  yazarı Qoqolun faciəli intiharı, A. Eynşteynin ürək əməliyyatından imtina edib ölümü tərcih etməsi kimi hadisələr çoxdur. Bütün bu bəlaları dəf etmək, hətərəfli sağlamlığa nail olmaq üçün ictimai, psixoloji, əxlaqi və mənəvi görüşlərin vahid konseptual sistemdə intqrasiyasını yarada bilən, okkultizm və qatı skeptisizm kimi aşırı uclardan imtina edərək elmi və məntiqi dayaqları olan qızıl ortanı müəyyənləşdirə bilən güclü Valeologiyaya ehtiyac var.

Əslində Valelogiyada dərin təhlilə ehtiyacı olan ən mübahisəli məsələ mənəviyatla əlaqəli tərəfdir. Sağlamlığın mənəvi komponentinin əhəmiyyəti tarixən mübaisə obyekti olmuş və davam etməkdədir.

Ümumiyyətlə sağlamlığa valeoloji baxış ta qədim, antik və orta əsrlərin məhşur müəllifləri tərəfindən dəyərləndirilmişdir. “Xəstəliyi deyil xəstəni müalicə etməli” deyən Hipokrat həm də sağlamlıq üçün hamının rutində gimnastika, fizki məşq, yeriməklə məşğul olmağı məsləhət görmüşdür. Tibb məktəbini bitirmiş Аристотель gənclərin tərbiyəsində əqli, əxlaqi və fiziki tərbiyənin birlikdə olmasının vacibliyini bildirmiş. Əvvlcə qladiatorların sonralar isə iperatorun həkimi olmuş Гален insan sağlamlığında pəhrizin çox əhəmiyyəti olduğunu vurğulamışdır. Şərqdə xəstəlik hərəkətsizlik və tənbəlliyə verilən cəza kimi yozulmuşdur. Bədəni ruhun tapınağı hesab edən yoqlar onu daima inkişaf etdirməyin vacibliyini öyrədərlər. Qədim Çində sağlamlığa Valeoloji yanaşma dövlət siyasəti səviyyəsində olmuş. “Aqil olan hələ yaranmamış xəstəliyi müalicə edər, çünki xəstəlik başlayanda dərmandan istifadə etmək, susuzluqdan yananın quyu qazmağa başlaması və ya düşmən hücum edəndə silah düzəltməyə başlamaq kimidir”. 420 kitab müəllifi, ortaəsrlər Şərqinin böyük dahi həkimi İbn Sina orqanizmin sağlamlaşdırmaq üçün fiziki məşq, açıq hava akyivitələri (piyada və atla gəzmək), buxar hamami qəbul etməyə üstünlük vermişdir.

Valeologiya bir elm kimi inkişafa keçən əsrin sonlarında əvvəlcə SSRİ-də başlamış, sonradan postsovet məkanı və Avropada inkişaf etməkdədir. 1980-ci illərdə Sovet İttifaqında əhaliyə daha keyfiyyətli və kapsamlı tibbi xidmət etmək məqsədi ilə ümumittifaq səviyyəsində geniş dispanserizasiya proqramı həyata keçirildi. Nəticədə, əhalinin 80%-ə yaxın bir hissəsinin müalicəyə ehtiyacı olduğu və bu eytiyacı gidərməyin mümkünsüzlüyü anlaşıldı. Əslində, bu özlüyündə çox əhatəli bir araşdırma oldu. Bndan nəticə şıxaran rus alim və səhiyyəçilər profilaktik təbabəti valeologiya ilə əvəzləməyə başladılar. Valeologiya terminin müasir tibb və təhsil sistemində istifadəsi rus akademik İ. İ. Brekman tərəfindən təklif edilmişdir. 20 il ərzində valeologiyanın inkişafı çox geniş vüsət aldı, rəsmi dövlət səviyyəsində proqramlar hazırlandı, institutlatrda valeologiya dersi verildi, həkim-valeoloq ixtisası təsis edildi, jurnallar buraxıldı, konfranslar təşkil edidı. Hətta o qədər genişləndi ki, sovrularaq meditasiya, in-yan, ezoterizm, alternativ tibb, psixokult, “Yeni Əsr” hərəkatı (“New Age” movement), Porfiri İvanovun təlimləri, kabbalizm, hermetizm və s. bir çox elmi və qeyri elmı sahələrin təsiri altına düşürülərək bir anlamda təhrif edidi. Nəticədə, geniş elmi və ictimai qınaq doğurdu və 2001-ci ildə Rusiyada rəsmi sistemdən çıxarıld. Ancaq,  Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Çexoslovakiyada və s. ölkələrdə inkişaf etdirilir. Valeoogiya Azərbaycanda təhsil sistemində inkişaf etdirilmiş, rəsmi proqramlara salınmış, məqalə və əsərlər yazilmışdır. Ancaq, bunlar əsasən kağız üzərindədir və praktik təsiri görünmür.

Ümumiləşdirsək Valeologiya humanitar və təbiət elmlərinin xüsusən tibb, biologiya, psixologiya, pedakoji və fəlsəfənin nailiyyətlərindən istifadə edərək insanın fiziki, ictimai, reprodiktiv və mənəvi cəhətdən sağlamlığının formalaşma, qorunma, möhkəmləndirilmə, idarə və tədris edilməsi ilə məşğul olan inteqrativ elm sahəsidir. O, tibbin xəstə və xəstəliklərlə məşğul olan dar çərçivəsindən fərqli olaraq sağlamlıqla bağlı bütün bilgiləri verə bilən yeni fəlsəfi  istiqamət, metaelmdir. Valeologiya Sokratın "insan, özünü tanı", Konfutsinin, sonradan Marksin "insan, özünü yarat" tezislərinin əsas xüsusiyyətlərini ümumiləşdirərək  "insan, özünü tanı və yarat!" prinsipi əsasında strateji mövqe seçməlidir.

Valeologiyanın məqsədi çoxəsrlik fikirlərin müasir elmi-texnoloji imkanlarla sübutluluq dərəcəsi yüksək və təcrübədə təsdiqlənmiş bilgilərəsasında xarici mühitin təsirlərinə qarşı orqanizmin genetik və funksional imkan və ehtiyatlarını onun bütüncül (fiziki, ruhi, mədəni, mənəvi və reprodukyiv) sağlamlığını formalaşması, adaptasıya olması, qorunması, möhkəmləndirilməsi, idarə edilməsi üçün optimal fəaliyyətini (yəni əmək, ictimai, ailə-məişət fəaliyyətini yerinə yetirə bilməsi və həmçinin aktiv uzunömürlülük sürməsini) təmin etməyə (maksimal reallaşdırmağa) yönəldən kompleks maarifləndirici, profilaktik və tibbi-sosial tədbirlər sistemi yaratmaq olmalıdır.

Valeologiyanın bir qolu Pedaqoji Valeologiya ümumtəhsil fən kimi sağlamlıq və samğlam həyat tərzi haqqındq bilgiləri məktəbəqədər yaşlardan başlayaraq öyrətilməli və aşılanmalıdır.

Digər qolu kimi Tibbi Valeologiya donozoloji (xəstəlik əlamətləri yaranmamış) dövrdə həssas markerlərlə orqanizmin xəstəlik törədə bilmə ehtimalı olan zəif nöqtələrini gücləndirmək məqsədi ilə onun anadan gəlmə və qazanılmış resurslarını səfərbər etmək üçün elmi əsası olan metod, vasitə və texnologiyalar hazırlamalıdır.           

Tibbi Valeologiyanın ən önəmli və güncəl problemi yaşlanma ilə əlaqəli xəstəliklərdir. Hər il milyonlarla insan ürək damar xəstəlikləri (insult-iflic, infatkt və b.), xərçənk, Alzeymer (ağıl zəifliyi, 5-7 il ərzində ölümlə nəticələnən yaddaş pozğunluğu) xəstəlikləri və s. kimi yaşlanma ilə əlaqədar xəstəliklərdən, müasir deyimi ilə qocalıq xəstəliklərindən ölür. Müasir herantologiya və onunla bağlı bir çox elmi sahələrdə aparılan araşdırmalar bu ölümcül xəstəlklərin bir başa səbəbinin qocalıq olduğunu təsdiqləmişdir. Bir düşünün, bu ağır xəstəliklərlə mübarizəyə milyardlar xərclənir və nə qədər zəhmət verilir, nəticədə isə heç də qənaətbəxş olmur. Düşündürücü sual: əcəba bütün bu xərcləri və əməyi yuxarıdakı bəlaların əsas səbəbi olan qocalma ilə mübarizə aparmağa yönəltmək daha rasional olmazmı? Bunlara görə Valelogiya bu bəlalara qocalığın nəticəsi, "simptomları" kimi baxır və bu çox saylı bəlalarla tək tək həm də az effektli mübarizə aparmaqdansa onların “anası” qocalma ilə daha effektli və topyekun mübarizə təklif edir. Sahəsində söz sahibi bir çox gerontoloq qocalığın bir xroniki xəstəlik olduğunu, onynla mübarizənin zəruri olduğunu göstərirlər. Elmin bu günkü gücü imkan verir ki, qocalmanı yavaşlatmaqla ömrümüzü 40-80 ildən 100- ilə qədər uzada bilərik və elm inlişaf etdikcə isə imkanlar daha da artacaq . Ən vacibi isə, özümüzü “korroziyaya məruz qalan” bədənimizdəki şikəstliklər nəticəsində ətrafımızdakılara yük olan köməksiz bir varlıqdan sağlam və aktiv həyat tərzi keçirə bilən onurlu bir insana çevirə bilməmiz mümkündür. Transhumanizm (üstinsan) nəzəriyyəsinə görə elm və texnologiya inkişaf etdikcə insanın çox uzun zaman aktiv yaşamı hətta ölümsüz olması mümkündür. 

Bəs günümüzün şərtlərində qocalıqla necə mübarizə apara bilərik? 

1. Müasir elmi tədqiqatlara əsaslanaraq, bədənimizdə zəif həlqələrimizi, xəstəliklərin əlamətlərinin görünməsindən çox-çox əvvəl, gələcəkədə xəltəliklərin əmələ gəlmsində elmi olaraq sübut edilmiş rolu olabilmə ehtimalı olan normadan kənar halları göstərən biomarkerləri müəyyən etməklə lazımi ehtiyat tədbirləri həyata keçirmək lazımdır.

2. Düzgün qidalanma. Bu gün qidalanma müxtəlif səbəblərdən çox çətin problemlərdəndir. Digər yandan, yüzlərlə, qarışıq ziddiyyətli pəhrizlərin reklamı işi daha da çətinləşdirir. Mənim məsləhətim odur ki, sübutluluq səviyyəsi yüksək olan elmi, klinik təhlillərin və meta-analizlərin nəticələri əsasında sizə özəl spesifik strategiyanızı müəyyənləşdirəsiniz və ardıcıl həyata keçirəsiniz.

Üminiləşdirsək, ən vacib şərt yeməkıərinizdə orqanizm tərəfindən sürətlə mənimsənilən bəsit karbohidratları (fruktoza, qlükoza, saxaroza, maltoza, laktoza) və çox işləm görmüş ağ un məhsullarını kəskin azaltmaq və ya uzaq durmaq lazımdır. Normada insulin hüceyrə membranındakı reseptorlara təsir edərək qlükozanın hüceyrəyə daxil olmasını və orada enrjiyə çevilərək bizim fəaliyyətimizə təmin edir. Sadə karbohidratla zəngin olan (qənd, bal, mürəbbə, xurma, üzüm və b.) və çox işlənmiş (qızartılmış ya qovrulmuş un məmulatları) qidaların qlikemik indersi yüksəkdir, yəni onlar qəbul edilirkən tərkiblərindəki qlükoza sürətlə qana sorulur və qanda şəkərin səviyyəsini artırır. Artmış qlükoza pancreas vəzini qıcıqlqndıraraq insulin ifrazını artırır, nəticədə şəkər və insulinin yüksək səviyyələri hüceyrələrdəki insulin reseptorlarını yıpradır, onların insulinə qarşı həssaslığı azalır və müqaviməti artır, qlükoza hüceyrələr tərəfindən mənimsənilmədiyindən səviyyəsi daha da çoxalır. Qanda şəkərin faizinin yuxarı olması piylənmə, xroniki iltihab, ateroskleroz və xərçən kimi patologiyaların inkişafına səbəb olur. İnsulinə həssaslıq nə qədər çox olarsa qocalma bir o qədər yavaş irəlilər, ürək-damar və onkoloji xəstəliklərlə xəstələnmə riski bir o qədər aşağı olar. Müəyyən edilmişdir ki, qanında insulin səviyyəsi aşağı olan və hüceyrə reseptorlarının yüksək insulin həssaslığı olan heyvanlar daha uzun ömürlü olurlar. Hər vəchlə çalışmaq lazımdır ki, qanda şəkərin səviyyəsi 5,6 mmol/l-dən yuxarı qalxmasın.

 Ümumdünya Səhiyyə Təşkilatı 4.3.2015-ci il tarixində rəsmi olaraq gündəlik şəkər qəbulunun ümumi enerji sərfiyyatımızın 5%-dən az olmasını tövsiyə etmişdir.

 Konkretləşdirsək, uzaq durmamız gərəkən qida məhsulları: yuxarıda sadalanan qlikemik indexi yüksək olan qidalar; rafinə edilmiş (saflaşdırılmış) və trans yağlar, cips, kolbasa, sasiska, çox işlənmiş, yəni uzun müddətdə və fərqli yöntəmlərlə hazırlanmış (qızardılmış, çox bişmiş, hisə verilmiş, uzun müddət saxlanılmış) qida məhsulları.

 -Faydalı qidalar: mümkün qədər mövsümündə olan təzə çiy tərəvəz , çiğ kuruyemiş (badem, kaju, fıstık, ceviz, fındık və s.), soğuk sıkma zeytinyağı, yağlı balık, yumurta, fol turşusu mənbəyi kimi iri yaşıl yarpaqlı göyərti; çox saylı tədqiqatlarla qocalmanın sürətinin azaldılmasında və immunitetin yaxşılaşmasında böyük rolu olan bağırsaq florasınıı sağlamlaşdırmaq və mikrobiotanı optimallaşdırmaq üçün liflə zəngin olan və prebiotik xarakterli paxlalılar (maş, qarabaşaq, yulaf və s.) və probiotik olan kefir; tərkibində vitaminlər (D3, B12 və K2 və s.), mikroelementlərin (yod, selen, sink və s.) bol olduğu və xroniki iltihab əleyhinə xüsusiyyətlərə malik olanlar.

-Duz, süd, qəhvə, kakao, ədviyyat, pendir, yüksək glikemik indeksli meyvə və giləmeyvə (üzüm, qovun, qarpız, xurma, quru ərik və s. kimi) kimi məhsulları məhdudlaşdırmalı.

3. Xüsusilə siqaret çəkməkdən çəkinmək və spirtli içkilərdən istifadəni minimuma endirmək lazımdır.

4. Fiziki aktivlik çox vacibdir. 

​​​​​​​Samballı elmi tədqiqatlarla sübut olunmuşdur ki, aşağı intensivlikli aerobik bədən tərbiyəsi insanın qocalmasının (dolayısı ilə daha çox ölümə görürən ürək damar xəstəliklərinin) baçlıca səbəbi olan arterial damarlarının intima qişasının qalınlaşmasının və orda əmələ gələn aterosklerotik plakların geri inkişafına səbəb olur, beləliklə yuxu arterisası, koranar və beyin damarlarının elastikliyini artırır.

5. Bədən kütlə indeksi və bel ölçüsü, dəri altı piy qatı qalınlığı, bədəndə əzələ yağ nisbəti nəzarət altında saxlanılmalıdır.

6. Vaxtaşırı aclıq tətbiqi. Aclıqla mübarizə bütün canlı varlıqların və insanların həyat və ölüm məsələsidir. Aclıq bəşəriyyət tarixində zaman-zaman dəhşətli fəlakətlərə səbəb olmuşdur. Vaxtaşırı aclıq isə bu məsələyə tamam başqa bir aspektdən yəni sağlamlığa faydası yönündən yanaşmadır və qədim kökləri var. Hələ, Hippokrat xəstələrinə məsləhət görmüş: «Oruc tutaraq ağrıları sağaltmağa çalışın». Tarixdən oruc tətbiqi ilə bağlı çoxsaylı cəhdlər, sınaqlar və tədqiqatlar məlumdur və onlarla kitablar, minlərlə əsaslı və ya əsassız məqalələr yazılmışdır. Pol Braqq "Orucun möcüzəsi", Herbert Şelton "Oruc sizin həyatınızı xilas edir", Y.S.Nikolaev "Sağlamlıq üçün oruc" kimi kitablar daha geniş yayılmışdır. Nobel mükafatı laureatı Yoshinori Osumin avtofagiya kəşfi ilə oruc böyük populyarlıq qazanmışdır.

Oruc elmi cəhətdən "Kalorinin məhdudlaşdırılması" (məhdud qidalanma), həkimlərin təbrincə "Pəhrizlə müalicə" və xalq arasında "Müalicəvi oruc" kimi ifadə edilir.  Mahiyyəti isə qida qəbulunun kəskin azaldılması (müvəqqəti olaraq dayandırılması) və ya kalori məhdudlaşdırılmasıi kimi formaları var. Oruc orqanizmdə sağlamlığımıza müsbət təsir edir bir sıra biokimyəvi və fizioloji reaksiyalara səbəb olur: həzm sisteminə istirahət verilir, hüceyrə reseptorlarının insulinə qarşı həssaslığı, telomeraz və beyində neyrotrofik faktorların aktivliyini, hüceyrədaxili autofagiyanı artırır, "aclıq hormonu" ghrelinin sekresiyasına, leptinə qarşı həssaslığın artması və hüceyrələrimizdə universal enerji mənbəyi olan adenozin triphosfatın sintezinin normallaşmasına səbəb olur. Bu mühüm və mürəkkəb proseslər nəticəsində qanda şəkər , insulinə müqavimət azalır, xroniki iltihab prosesi tormozlanır, ürək-damar sisteminin xəstəliklərinin inkişafı üçün müxtəlif risk faktorlarının təsiri təsiri zəiflətir, piylənmə və depressiya ilə mübarizə asanlaşır, koqnitiv funksiyalar (yaddaş, diqqət, zehni və yaradıcı proseslər) stimullaşdırılır, mitoxondriyanın funksiyasının artması başda olmaqla bir sıra sağlamlıq göstəriciləri yaxşılaşır, bağırsaqlarımızda yaşayan trilyonlarla mikroorqanizmləri birləşdirən mikrobiota optimallaşır.

Oruc müalicəsinin hüceyrə səviyyəsində təsir mexanizmasının sxematik şəkli:

Insert your text here

ABŞ-ın Səhiyyə Elmləri Mərkəzindən Erlan Riçardsonun sözlərinə görə bütün məlum araşdırmalar göstərir ki, gündəlik kalorilərin 30% azalması sərbəst radikalların DNT-yə vurduğu zərərin yaşla bağlı artımı xeyli dərəcə azalır. Tədqiqat göstərmişdir ki, yaşlılarda balanslaşdırılmış və müvafiq kalorili ( 25-30% azaldılmış) qidalanma yaşa bağlı xəstəliklərin qarşısını alır, immun sistemi gəncləşdirir, xərçəng riskini 4 dəfə (www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3197347) azalda bilir. Kopenhagen və Norveçdə 2-4 il ərzində balanslaşdırılmış optimal kalorili qidalanma ölüm hallarını 20-34% azaltdığı təsbit edilmışdir.

Orucun çox və müxtəlif üsulları var. ABŞ-ın  Uzunömürlülər İnstitutu, Bioloji Elmlər Departamenti və  Cənubi Kaliforniya Universitetində birgə çalışma nəticəsində yaradılan və mənim də uzun müddətdir tətbiq etdiyim metod aclığı təqlidi pəhrizdir (Fasting Mimicking Diet-FMD). Metodun mahiyyəti ayda bir dəfə 5 gün ərzində, qəbul etdiyimiz qidanın kalori dəyəri və zülalı kəskin azaldılır.

7. İmkanımız daxilində yuxunun düzənli, keyfiyətli və tam olmasına çalışmalıyıq, əks halda yuxusuzluq sağlığımıza çox zərər verər. Yuxunun keyfiyyətini biolojik sirkad ritmi, işıq, temperatura, kamfort və s. amillərdir. Bunları nəzərə alaraq yatmamızı nizamlamalıyıq. Aşağıdakı şəkildə yuxunun mərhələləri, pozulduğunda neyromediatorlar (epinefrin, norepinefrin) tərəfindən hüceyrələrimizə, onların nüvələrinə, DNT sarmalına təsir etməklə müxtəlif (depressiya, ürək damar və xərçəng) xəstəliklərinin  yaranmasına səbəb ola bilməsi sxematik  göstərilmişdir. 

Yuxu və rifah:

8. Günəşdən maksimum düzgün istifadə etməliyik.

9. Orqanizmimizin ehtiyac duyduğu vitamin, dərman və mikroelementləri müəyyən etməli və həkim nəzarəti altında istifadə etməliyik.

10. Meditasiya və stressin idarə edilməsi yolu ilə sağlamlığımıza töhfə verməliyik. 

​​​​​​​