+994503578952 drzeynili@gmail.com



O r u c u n    f a y d a l a r ı

Yaşam trilyonlarca hüceyrənin verilən qıcığa və yaranan şəraitlə uyğunlaşma (adaptasiya) reaksiyasıdır. Məsələn, tənəffüs etməmiz, qanda oksigen  və karbon qazı nisbətinin dəyişməsi sayəsində yaranan mühitin tənəffüs mərkəzini qıcıqlandırması hesabınadır. Aclıq da canlını fəaliyyətə yönəldən buna bənzər qıcıq (stresdir) və təkamül prosesində insanın formalaşmasında əsas amil olmuşdur. İnsan zəkası aclığın güclü təsirinin fərqində olduğu üçün tarixin bütün mərhələlərində ondan müxtəlif məqsədlərlə istifadə etmiş, bütün inanışlarda bu və ya digər dərəcədə əksini tapmış. Hippokrat orucla ağrıları sağaltmağa çalışmış. Orucla əlaqəli çoxsaylı cəhdlər, sınaqlar, elmi tədqiqatlar aparılmış, kitablar yazılmışdır. P.Breqin (Pol Braqq) "Orucun möcüzəsi", Herbert Şelton "Oruc sizin həyatınızı xilas edir" kitabları bestseller olmuş. 2016-cı ildə Yapon alımı Y. Osumi (Y. Ohsumi) aclığın əsas təsir mexanizmalarında biri olan autofagiyanı (özünü həzmi) kəşf etdiyi üçün Nobel mükafatına layiq gorüldü. Dərin elmi tədqiqatlar getdikcə artır.

Bütün bunlara baxmayaraq orucluğa müxtəlif baxışlar və yorumlar davam etməkdədir. Mən, aclığın orqanizmə elmi-praktiki əsaslara dayanan faydalarını izah etməyə çalışacam.

Oruc fəaliyətimizə lazım olan enerji mənbəyi olan qida qəbulunun müəyyən müddətə kəsilməsidir. Bu isə aşağıdakılarla nəticələnir:1. Hüceyrədaxili siqnal yolları aktivləşərək hüceyrənin (ümumilikdə orqanizmi) bu şəraitə adaptasiyasını (uyğunlaşmasını) təmin edir. Enerji istehsalı üçün material çatmadığından lizosomlarda autofagiya sürətlənir. Nəticədə yaşlanma, siqaret çəkmə, kökəlmə və s. sayəsində yaranmşı hüceyrədaxili zibillərdən qida əvəzi material kimi istifadə edilir, başda deyişlə orqanizm zərəli şlaklardan təmizlənir, təbii detoksitasiya olur;                                                                                                                 2. Əksər toxumaların hipertrofiyası (hüceyrə ölçüsünün artması) və hiperplaziyansında (heceyrə sayının artması) vacib rol oynayan İnsulinə Bənzər Horman (İBH-1) azlalır, nəticədə böyümə və kökəlmə yavaşlayır;                                                                                                                                                                                                3. Beyində neyrotrofik faktorlar, xüsusən "aclıq hormonu" qrelin işə düşür. Qoruyucu ordumuz olan immunitetimizin ağır topu T-limfositlər (yad antigeni olan hüceyrələri məhv edən) timus vəzində sintez edilir. Timusun involyasiyası (geri inkişafı) 12-14 yaşda başlayır və qocalıqda (xüsusi ilə ciqaret, şəkər, yağlı qidalar təsirindən) piylə əvəzləndiyindən T-limfositlər sayı ciddi azalar. Qrelin timusun özünü bərpa etməsini stimullaşdırır, T-limfositlərin artması, immunitetin güclənməsinə səbəb olar;                                                                                                                                                                                                                                                          4. Qanda şəkər və insulinə müqavimət azalır, hüceyrə reseptorlarının insulinə qarşı həssaslığı artır;                                                                                                            5. “Toxluq hormonu” adlandırılan lептин (ehtiyat üçün enrji mənbəyi toplamaq məqsədi ilə piylənməni artıran hormon) azldığından kökəlmə dayanır;    

6. Hüceyrdə universal enerji mənbəyi olan ATF-nin (adenozin triphosfat) sintezi normallaşar;

7. “Enerji matorlamız” olan mitoxondriyanın biogenezi (təzələnməsi) aktivləşər, funksiyası yaxşılaşar, nəticədə açlığın ketoz mərhələsin də özümüzü enerjili hiss edərik;                                    

8. Sərbəst radikalları azaltdığı üçün DNT-yə vurulan zərər neytrallaşır, xroniki iltihab azalır, ürək-damar sisteminin (endotelin xronoki iltihabını və aterogenezi zəiflətmək, kardiyomiyositlərin apoptozunu-ölümünü azaltmaqla) kardiometabolik, xərçəng və s. xəstəliklərin risk faktorlarını zəiflədir, koqnitiv funksiyalar (yaddaş, diqqət, zehni və yaradıcı proseslər) stimullaşır, piylənmə, şəkərli diabet, hipertoniya və depressiya ilə mübarizə asanlaşir, uzunömürlü sağlam və keyfiyyətli həyat üçün əhəmiyyətli dərəcədə şans yaranır;                

 9. Həzm sistemi istirahət edir;                                                                                                          

10. Bağırsaqlarımızda yaşayan trilyonlarla mikroorqanizmləri birləşdirən mikrobiota optimallaşır;

11. Siqaret çəkənlərə üçün özlərinin dərk edə bilmədikləri qədər faydalı (çəkməmək üçün psixloji zəmin yaranır, siqaretin zəhərləyici zəsiri azalır, fəsadları təmizlənir, əzizlərini duman altı zəhərlənmədən qurtarır, pulu cibində qalır, ətraf zibillənmir və s.) olar;

12. Sosyallığı artırır, ailə, dostlar, qrup və tanışlar ortamında pozitiv ab-hava yaradır; 

13. Oruç inananların ibadətlərinin mənasını dərinləşdirir, nəfsi idarəni təkmilləşdirər və s.

Dr. Ələkbər Zeynili×
Salam!